"Bavariya" Ronaldonu  transfer etməyəcək,   çünki…
06 iyul 2022 19:36 (UTC +04:00)

"Bavariya" Ronaldonu transfer etməyəcək, çünki…

Jurnalist Kristian Falkın "Bavariya"nın beşqat "Qızıl top" sahibi Kriştiano Ronaldo ilə müqavilə imzalamaq fikrindən vaz keçdiyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, Almaniya çempionu iki səbəbdən “Mançester Yunayted”in hücumçusunu almayacaq. Birincisi, Ronaldonun yüksək maaşıdır. İkincisi, o, "Bavariya"nın baş məşqçisi Yulian Naqelsmanın onun üçün təyin etdiyi oyun tərzinə uyğun gəlmir.

Xatırladaq ki, bundan əvvəl Ronardonun "Mançester Yunayted" rəhbərliyindən kluba layiqli təklif gələrsə, onu satmağı xahiş etdiyi bildirilirdi: 37 yaşlı futbolçu Çempionlar Liqasında oynamaq istəyir.

2021/22 mövsümündə Ronaldo 38 oyun keçirib və 24 qol vurub. Hücumçu "Mançester Yunayted"ə “Yuventus”dan keçib.

# 1605
avatar

Oxşar yazılar