"Bavariya" yarımmüdafiəçisi Camal Musiala yeni müqavilə üzərində danışıqları dayandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniya millisinin futbolçusu qış fasiləsində gələcəyini düşünmək istəyir - ən azı yanvara kimi qərar verməyəcək.
Eyni zamanda, Musiala ilə müqavilənin uzadılmasının hələ də Münhen klubunun prioritet məqsədi olduğu qeyd edilir.
Cari mövsümdə Camal Musiala bütün yarışlarda 12 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.