Baş məşqçinin Ronaldoya münasibəti dəyişdi:  Gedə bilər
15 avqust 2022 19:09 (UTC +04:00)

Baş məşqçinin Ronaldoya münasibəti dəyişdi: Gedə bilər

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun klubdan getməsinə etiraz etmir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssis əvvəlcə portuqaliyalıya güvənsə də, indi onun fikri dəyişib. Ten Hag hücumçunu heyətə inteqrasiya etməkdə çətinlik çəkir və onun başqa komandaya keçməsinə dəstək olacaq.

Mənbənin sözlərinə görə, Ronaldo məşqdə narazılığını şiddətlə bildirir. Xüsusilə, portuqaliyalı rəqibə qarşı yüksək təzyiqdən istifadə etmək zərurəti ilə bağlı mübahisə edir.

Avqustun 14-də məlum olub ki, Ronaldo İngiltərə Premyer Liqasının ikinci turunun “Brentford”la oyunundan sonra ten Haqla əl sıxmaqdan imtina edib. Mankunianlılar 0:4 hesabı ilə məğlub olublar


 

# 1953
avatar

Oxşar yazılar