Kataloniya "Barselona"sının ispaniyalı yarımmüdafiəçisi Daniel Olmo agenti ilə birlikdə İngiltərənin Mançester şəhərinə gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Mançester Yunayted” bu qış azad agentə çevrilə biləcək futbolçunun xidmətində maraqlıdır. Bu, Kataloniya “Barselona”sının maliyyə problemləri səbəbindən futbolçunu İspaniya çempionatında qeydiyyatdan keçirə bilməməsi halında baş verəcək.
Bu mövsüm Daniel Olmo klub üçün bütün yarışlarda 15 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, ispan yarımmüdafiəçi ötən ilin yayında “RB Leypsiq”dən Kataloniya klubuna keçib.