"Barselona"nın satacağı  əsas namizəd   müəyyənləşdi
26 aprel 2024 14:40 (UTC +04:00)

"Barselona"nın satacağı əsas namizəd müəyyənləşdi

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, klubda keçirdiyi 5 mövsümdən sonra de Yonqun idman nəticələri ona olan ümidləri doğrultmayıb. Artıq 2022-ci ilin yayında "Barselona" hollandiyalı futbolçunu satmağa çalışsa da, sonradan yarımmüdafiəçi getmək istəməyib.

Aprelin 21-də de Yonq La Liqanın 32-ci turunun "Real” ilə mərkəzi oyununda zədələnib. Ona sağ ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Bu mövsümün əvvəlində Frenki de Yonq iki dəfə oxşar zədə almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Oxşar yazılar