"Barselona" fəaliyyətini dayandıra bilər
29 sentyabr 2023 13:51 (UTC +04:00)

"Barselona" fəaliyyətini dayandıra bilər

“Barselona” texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə bağlı rəsmi olaraq rüşvətxorluqda ittiham olunduqdan sonra kataloniyalılar dünyanın futbol xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

“Təqsirli bilinənlər 3 ildən 6 ilə qədər həbs cəzası alacaqlar. “Barselona”nın özü peşəkar futbol klubu kimi fəaliyyəti dayandırıla bilər. Bu, çox güman ki, 124 yaşlı klubun iflasına gətirib çıxaracaq”, - materialda deyilir.

2023-cü ilin əvvəlində Neqreyra ilə bağlı vəziyyət məlum oldu. Barselona şəhər prokurorları kluba eləcə də onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı mümkün korrupsiya, həmçinin hakimə rüşvət verməklə bağlı iddia qaldırıb. Bildirilir ki, hakim 17 il ərzində Kataloniya klubundan təxminən 7,3 milyon avro alıb.

İddialar təsdiqini taparsa, “Barselona”nı ağır cəza gözləyir. Beləliklə, klub Sequndaya göndərilə və avrokuboklardan kənarlaşdırıla bilər. Klub isə bu məsələ ilə bağlı bütün ittihamları rədd edir.

Bu mövsüm İspaniya çempionatının yeddi turundan sonra “Barselona” “Real Madrid” və “Jirona”dan sonra üçüncü yerdədir.

# 10359
avatar

Oxşar yazılar