“Barselona” dünyanın  ən yaxşısı   seçildi
14 yanvar 2022 18:57 (UTC +04:00)

“Barselona” dünyanın ən yaxşısı seçildi

Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəllərində 10 klub və 8 liqa yer alıb.

Planetin ən yaxşı klubu “Barselona”dır. İspaniya təmsilçisi 225 xalı var.

İngiltərə təmsilçisi “Çelsi” 40 xalla ikincidir. İlk “üçlüy”ü Braziliya “Korintians”ı qapayır – 30 xal.

Liqalar arasında ən yaxşısı Fransa Divizion1 öndədir – 85 xal. İngiltərə Super Liqası 70 xalla ikincidir. İspaniya Primerasının 50 xalı var.

# 1311
avatar

Oxşar yazılar