Azərbaycanlı boksçudan BÖYÜK QƏLƏBƏ:  İrəvanda ermənini...
25 may 2022 09:32 (UTC +04:00)

Azərbaycanlı boksçudan BÖYÜK QƏLƏBƏ: İrəvanda ermənini...

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2784
avatar

Oxşar yazılar