Avropa çempionatı zamanı “BILD”in köşə yazarı Sebastyan Qalıqa hər bir iştirakçı ölkənin futboldan başqa hansı sahədə çempion ola biləcəyini müzakirə edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnalist müxtəlif sahələr üçün xəyali avrokuboklar yaradıb və hər bir ölkənin Avropada hansı sahədə lider olduğunu təsvir edən interaktiv xəritə hazırlayıb. Budur bəzi nümunələr:
• Ukrayna günəbaxan yağı istehsalı üzrə Avropa çempionudur. Müharibəyə baxmayaraq, onlar bütün Avropa İttifaqı ölkələrinin birləşdiyindən daha çox istehsal edirlər.
• Çexiya pivə istehlakında liderdir. Orta hesabla orada hər bir sakin ildə 136 litr, Almaniyada isə yalnız 92 litr pivə içir.
• Yuyucu vasitələrə xərcləmə üzrə çempion Avstriyadır. Orta hesabla, hər bir avstriyalı onlara ildə 13,5 avro, bir alman isə cəmi 10,7 avro xərcləyir.
• Belçika dondurma istehlakında liderdir. Orta hesabla orada hər bir sakin ildə 11,5 kiloqram dondurma yeyirsə, Almaniyada bu iki dəfə azdır.
• Gürcüstan erkən analıq üzrə liderdir. Orada orta hesabla ilk uşaq 25,9 yaşında doğulur ki, bu da Almaniyadan dörd il tezdir.
• Polşa ətirdən istifadə üzrə çempiondur. Polyakların 78 faizi bundan müntəzəm istifadə edir