“Avro-2024”: Şotlandiya millisi İspaniyanı iki cavabsız qolla məğlub etdi
29 mart 2023 03:18 (UTC +04:00)

“Avro-2024”: Şotlandiya millisi İspaniyanı iki cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində ikinci tura yekun vurulub.

Lent.az xəbər verir ki, turun sonuncu günündə A, D və I qruplarında ümumilikdə 7 oyun keçirilib.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edib. Bu matçda Türkiyə seçməsi iki cavabsız qolla məğlub olub.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

Gürcüstan - Norveç - 1:1

Şotlandiya - İspaniya - 2:0

Xal durumu: Şotlandiya – 6, İspaniya - 3, Norveç - 1, Gürcüstan - 1, Kipr – 0.

D qrupu

Türkiyə - Xorvatiya - 0:2

Uels - Latviya - 1:0

Xal durumu: Uels - 4, Xorvatiya – 4, Türkiyə - 3, Ermənistan – 0, Latviya - 0

I qrupu

İsveçrə - İsrail - 3:0

Rumıniya – Belarus - 2:1

Kosovo – Andorra - 1:1

Xal durumu: İsveçrə - 6, Rumıniya – 6, Kosovo – 2, Andorra - 1, İsrail – 1, Belarus - 0.

# 876
avatar

Oxşar yazılar