Arvadı millinin keçmiş qapıçısının hər şeyini alıb qaçdı - Kirayədə qalır
27 dekabr 2024 17:44 (UTC +04:00)

Arvadı millinin keçmiş qapıçısının hər şeyini alıb qaçdı - Kirayədə qalır

Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin evsiz qaldığı üçün Moskvada kirayədə yaşamalı olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, futbolçunun sözlərinə görə, keçmiş arvadı 27 il ərzində birlikdə əldə etdikləri bütün əmlakı əlindən alaraq xaricə yaşamaq üçün uçub. Futbolçu əmlakın 30 faizini özünə saxlayıb, 70 faizini isə keçmiş həyat yoldaşına vermək istəsə də, qadın razılaşmayıb.

Hazırda keçmiş həyat yoldaşları məhkəmə yolu ilə iki mənzili - Moskva və Mayamidə, eləcə də parkinq yerlərini bölürlər. Futbolçu bildirib ki, keçmiş həyat yoldaşı ilə şifahi razılaşıb, paytaxtdakı mənzillərini satıb pulu yarıya böləcəklər. Ev 123 milyon rubla satılsa da, qadın kişiyə heç nə verməyib.

Eyni zamanda Niqmatullin deyir ki, evlilikdə bütün pulları yalnız o qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar