40 yaşlı Kriştiano Ronaldo yubileyini  kimlərlə qeyd etdiyini   göstərdi
06 fevral 2025 17:16 (UTC +04:00)

40 yaşlı Kriştiano Ronaldo yubileyini kimlərlə qeyd etdiyini göstərdi

Portuqaliyalı futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo fevralın 6-da azarkeşlərinə müraciət edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bütün zamanların ən yaxşı futbolçularından biri ad günü münasibətilə aldığı təbriklərə görə çoxmilyonluq azarkeş ordusuna təşəkkür edib.

"Möhtəşəm ad günü arzularınız üçün hamınıza təşəkkür edirəm!" - Ronaldo “Instagram”da sevgilisi, model Corcina Rodriqes ilə fotosunu yerləşdirərək yazıb.

40 yaşlı futbolçu yubileyini ailəsi və dostlarından kiminlə qeyd etdiyini də göstərib.

"Ailəm və dostlarımla gözəl gün keçirdim, bundan yaxşısını arzu edə bilməzdim", - Kriştiano fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar