39 yaşında qol vurdu: Rusiyanın  futbol tarixinə düşdü
02 oktyabr 2022 18:30 (UTC +04:00)

39 yaşında qol vurdu: Rusiyanın futbol tarixinə düşdü

“Torpedo”nun hücumçusu İqor Lebedenko Rusiya Premyer Liqası tarixində ən yaşlı qol vuran futbolçu olub.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, futbolçu çempionatın 11-ci turunun Voronejin “Fakel” komandası ilə oyunun 28-ci dəqiqəsində fərqlənib. Lebedenko 39 yaş 4 ay 5 gün olarkən rəqiblərinin qapısından qol vurub. Beləliklə, o, 2018-ci ildə 38 yaş, 7 ay və 25 gündə Qroznının “Axmat” klubuna qol vuran OMİK-in oyunçusu Sergey İqnaşeviçin rekordunu qırıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. “Torpedo”da Lebedenkodan başqa İqor Smolnikov da fərqlənib. “Fakel”in qollarını Xızır Appaev və Sergey Bojin vurub.

XXI əsrdə Rusiya çempionatının oyununda qol müəllifi üçün yaş rekordu Sergey Nataluşkoya məxsusdur. 17 may 2000-ci il mayın 17-də “Saturn”un oyunçusu kimi 39 yaş 247 gündə “Lokomotiv”ə qol vurub.


 

# 1734
avatar

Oxşar yazılar