Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc medal qazanan parataekvondo üzrə milli komandamız vətənə dönüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, idmançıları azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və mətbuat nümayəndələri qarşılayıblar.
İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb. K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər Parataekvondoçu Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb. Nəticədə, kişi parataekvondoçulardan ibarət milli komandamız Paralimpiya ikincisi olub.