“Xəzər Lənkəran”ın baş məşqçisi Rumıniya yığmasına namizəd oldu
0
0
Lent.az-ın məlumatına görə, Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandu yığmanın hazırkı baş məşqçisi Razvan Luçeskunu əvəzləməyə namizədlər arasında Rednikin də adını göstərib.
Sandu “Digi Sport”a açıqlamasında bildirib ki, Rumıniya millisi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Bosniya və Herseqovina üzərində qələbə qazansa belə, Luçesku istefa təhlükəsindən qurtula bilməyəcək. Ona görə də federasiya prezidenti potensial namizədlərin adlarını açıqlamaqdan çəkinməyib: “Biz Razman Luçeskunun potensial əvəzləyicilərinin siyahısını tərtib etmişik. Siyahıda yeni ad Mirça Rednikdir. Digərləri isə Kosmin Olaroyu, Dan Petresku, İoan Ovidiu Sabau və Dorinel Muntyanudur. Olaroyu ilə şifahi razılığımız da var. Bu səbəbdən, “Styaua”nın sabiq baş məşqçisi son zamanlar aldığı bir neçə təklifdən imtina edib”.
Rednik isə hazırda Rusiya “Kuban”ında çalışan Dan Petreskunu millinin baş məşqçi postuna əsas namizəd sayıb. Onun fikrincə, son nəticələrinə əsasən, bu postu Petresku tutmalıdır.
Qeyd edək ki, “Kuban” ötən mövsümün yekunlarına əsasən, Rusiya Premyer Liqasına vəsiqə qazanıb.