Mübariz Mənsimov qələbə üçün 200 min avro ayırdı
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” komandasının futbolçularına yeni mükafat ayırıb.
Lent.az-ın “Ajansspor”a istinadən verdiyi məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbəri “Beşiktaş”ın “Fənərbağça” üzərində qalib gələcəyi təqdirdə komandaya 500 min lirə (təqribən 200 min avro) mükafat verəcək.
Əslində, Mənsimov bu məbləği “qartallar”ın noyabrın 3-də öz meydançasında Almaniyanın “Volfsburq” klubu ilə keçirdiyi Çempionlar Liqası matçında qələbə üçün ayırıb. Lakin həmin qarşılaşmada Türkiyə çempionu 0:3 hesabı ilə uduzduğundan, həmyerlimizin pulu cibində qalıb. Amma indi o, pulunu “Beşiktaş”ın “Fənərbağça” üzərində qələbəsi üçün xərcləmək niyyətindədir.
“İnönü” stadionunda keçiriləcək qarşılaşma noyabrın 21-də olacaq.

Oxşar yazılar

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 , 16:38
“Əl-Nəsr” satışa çıxarılarsa, Ronaldo böyük məbləğ qazana bilər: onun klubda payları var
25 avqust 2025 , 16:09
Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 , 13:01
Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04