Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu
Reqbi üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Bu haqda Lent.az-a Azərbaycan Reqbi Federasiyasının prezidenti Eldəgiz Rəfibəyli məlumat verib. Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis Malxaz Çeişvili ilə müqavilə bağlanılıb. Çeişvili bunadək Gürcüstan millisinə rəhbərlik edib. O, öz ölkəsinin komandasını 2007-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Təcrübəli baş məşqçi hazırda Beynəlxalq Reqbi Şurasının Tbilisidə açdığı akademiyada müəllim kimi də çalışır.
Çeişvilinin yığmamızda ilk sınağı isə noyabrın 7-də olacaq. Həmin gün komandamız Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Avropa Millətlər Kubokunun 3D divizionundakı rəqiblərindən olan Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Oxşar yazılar

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 , 16:38
“Əl-Nəsr” satışa çıxarılarsa, Ronaldo böyük məbləğ qazana bilər: onun klubda payları var
25 avqust 2025 , 16:09
Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 , 13:01
Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04