Mübariz Mənsimov “Real”dan oyunçu transfer edir
Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov idarə heyətində təmsil olunduğu Türkiyənin “Beşiktaş” klubuna daha bir ulduz futbolçu transferinə maddi dəstəkdə bulunub.
Lent.az-ın “fotospor.com” saytına istinadən verdiyi məlumata görə, İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Aryen Robben “qartallar”ın heyətində oynamağa ilkin razılıq verib.
Lakin hollandiyalı futbolçunun transfer məbləği yüksək olduğundan, Türkiyə çempionu bu keçidi reallaşdırmaqda çətinliklə üzləşib. Bu zaman köməyə “Xəzər-Lənkəran”ın fəxri prezidenti çatıb. “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənin yaxın dostu olan Mənsimov Robbenin transferi ilə bağlı maddi məsələlərin həllinə köməklik edəcəyini bildirib. Yaxın günlərdə “ağ-qaralar”ın rəhbərliyi İspaniyaya yollanaraq, “Real”dan olan həmkarları ilə danışıqlar masası arxasına oturacaq.
Qeyd edək ki, bir neçə gün öncə Mənsimovun İngiltərənin “Çelsi” komandasından Deku, “Tottenhem”dən isə Covanni Dos Santosun transferinə də yardımçı olacağı haqda xəbərlər yayılmışdı.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39