“Neftçi”nin yeni məşqçisi açıqlandı
“Neftçi” futbol klubunun baş məşqçisi Arif Əsədov Şakir Qəribovun köməkçi-məşqçi vəzifəsindən istefasından sonra onu əvəzləyəcək şəxsi müəyyənləşdirib.
Bu haqda Lent.az-a Əsədovun özü məlumat verib.
Onun sözlərinə görə, əsas köməkçi-məşqçi vəzifəsini Bəxtiyar Musayev yerinə yetirəcək. Musayev bunadək klubda seleksiyaçı-məşqçi kimi çalışırdı. Baş məşqçi komandada fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin də işlədiyini xatırladıb.
Arif Əsədov Şakir Qəribovun istefasına da toxunub. Əsədov bildirib ki, Qəribov “Neftçi”dən getmək istəyini ona bu gün açıqlayıb: “İstefanın səbəblərini Şakir müəllimin özündən soruşsanız, yaxşı olar. Öz aramızda heç bir problem olmayıb və bu gün də gözəl münasibətlərimiz var. Sadəcə, özü getmək istədiyini bildirdi”.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19