Azərbaycanda əhalinin banklarda olan əmanətləri 1 il ərzində 2 milyard manata yaxın artıb.
Beynəlxalq Valyuta Fondundan Lent.az-a verilən məlumata əsasən, bu ilin aprel ayının 1-nə olan statistikaya əsasən, əhalinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri də daxil olmaqla) banklarda 15 milyard 74 milyon manat məbləğində vəsaiti var.
Bu rəqəm cari ilin yanvar ayının 1-də 14 milyard 661,9 milyon manat civarında idi.
Ötən ilin aprel ayının 1-nə olan statistikaya əsasən, əhalinin banklarda 13 milyard 150,5 milyon manat vəsaiti olub.