Azərbaycan yığması yenə Dubaya gedir
05 dekabr 2012 17:29 (UTC +04:00)

Azərbaycan yığması yenə Dubaya gedir

Futbol üzrə Azərbaycan milli komandası yenə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplantısı keçəcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Dubaya 2013-cü il yanvarın 29-da yollanacaq.

8 gün davam edəcək toplanış çərçivəsində komandamız 2 oyun keçirəcək. Yığmamız fevralın 1-də Özbəkistan yığması ilə yoxlama matçına, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşünə çıxacaq.
# 1022

Oxşar yazılar