Siam əkizləri evləndi
30 mart 2024 11:00 (UTC +04:00)

Siam əkizləri evləndi

TLC realiti-şousundan məşhurlaşan Siam əkizləri Ebbi və Brittani Hensel evləniblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onlar Coş Boulinq adlı kişiyə ərə gediblər.

Evlilik 2021-ci ildə baş tutsa da, media bundan dünən xəbər tutub.

Onlar indi Minnesota ştatında yaşayır. Əkizlər burada beşinci sinif müəllimi işləyirlər. Ebbi və Brittani bütün orqanlarını, eləcə də qan damarlarını bölüşürlər. Ebbi sağ qol və ayağına, bacısı isə sola nəzarət edir.

Əkizlər doğulduqdan sonra valideynləri Patti və Mayk Henselə ayırma əməliyyatı variantı verilsə də, bu çox riskli idi. Qızlardan biri ölməli idi. Onların atası Mayk 2001-ci ildə “Time” jurnalına verdiyi müsahibədə "Onlar arasında necə seçim edə bilərsən?" demişdi. Qızlarının nə vaxtsa ailə qura biləcəyindən danışan ata, eyni müsahibəsində onların da hamı kimi normal yaşayacağına, ailə quracaqlarına ümid etdiyini bildirmişdi.

# 15105
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar