Benites də “Çelsi”yə çarə tapmadı
“Çelsi” klubu futbol üzrə İngiltərə Premyer Liqasında Rafael Benitesin başçılığı altında 3-cü matçına çıxıb. Lent.az-ın məlumatına görə, XV turun açılış matçında “zadəganlar” “Vest Hem”in qonağı olublar.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 13-cü dəqiqədə “Çelsi”nin futbolçusu Xuan Mata açsa da, fasilədən sonra “Vest Hem” qollarını sıralamağa başlayıb. 63-cü dəqiqədə Karlton Koul hesabı bərabərləşdirib. Daha 2 qola oyuna sonradan daxil olan futbolçular – 86-cı dəqiqədə Məhəmməd Diame və 90-cı dəqiqədə Modibo Maiqa imza atıblar.
Beləliklə, “Çelsi” Rafael Benitesin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşib. Əvvəlki 2 görüşdə “zadəganlar” “Mançester Siti” və “Fulhem”lə qolsuz heç-heçə edib – 0:0. Hazırda 26 xala malik Benitesin komandası “Vest Hem”ə uduzduqdan sonra 3-cü pillədəki yerini də itirmə təhlükəsi ilə üzləşib. Turnir cədvəlinə isə 33 xalla “Mançester Yunayted” başçılıq edir. “Qırmızı şeytanlar” və 32 xalla 2-ci pillədə olan “Mançester Siti” XV turun oyununa bu gün çıxacaqlar. Onlar müvafiq olaraq, “Redinq” və “Everton”la üz-üzə gələcəklər.

Oxşar yazılar

"Çelsi" 120 milyona "Real"ın ulduzunu almağa hazırlaşır
9 aprel 2025 , 19:20
Əfsanəvi futbolçu Mbappenin “Qızıl top” üçün şanslarını dəyərləndirdi
9 aprel 2025 , 18:18
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar
9 aprel 2025 , 18:01
Çempionlar Liqasının favoritləri AÇIQLANDI
9 aprel 2025 , 17:36
"Arsenal"ın oyunçusu Çempionlar Liqasında bir neçə rekorda imza adtı
9 aprel 2025 , 14:48
Çox bahadır: “Mançester Yunayted” Osimheni almaqdan imtina edə bilər
9 aprel 2025 , 12:28
21-ci əsrdə Avropanın ən yaxşı hücum üçlüyü - SİYAHI
9 aprel 2025 , 09:37