“Xəzər Lənkəran”dan daha bir istefa
“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Yunis Hüseynov istefaya göndərilib.
Lent.az-ın məlumatına görə, bu barədə qərar Topaz Premyer Liqasının XI turu çərçivəsində "Sumqayıt"la oyundan sonra klub rəhbərliyi ilə Hüseynov arasında baş tutan görüşdə qəbul olunub.
Toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda "Xəzər Lənkəran" və Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi gənc mütəxəssisə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək gələcək karyerasında uğurlar arzulayıb.
Həmçinin Klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunanadək futbolçuların hazırlığı baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.

Oxşar yazılar

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39