Binədə yeni stadion istifadəyə verilib
Sentyabrın 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion istifadəyə verilib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirilib ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcək. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarının oyunları keçiriləcək.
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban Əliyeva onlarla səmimi söhbət edib.
Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olunub.
Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atıb. Sonra futbolçu qadınlarla xatirə şəkli çəkdirilib.
Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban Əliyevaya məlumat verilib ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.
Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.

Oxşar yazılar

Dünya çempionatı: Güləşçilərimiz iki medal qazandı
19 avqust 2025 , 01:41
Lukas Torrera sevgilisindən AYRILIB
18 avqust 2025 , 15:54
Dünyanın ən seksual avtomobil yarışçısı açıq bikinidə fotosunu yaydı
18 avqust 2025 , 12:23
Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31