Azərbaycan Prezidenti olimpiyaçılarla görüşdü
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, əvvəlcə ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın Olimpiya Oyunlarında qazandığı qələbələrdən bəhs edən film nümayiş olunub. Dövlət başçısı görüşdə nitq söyləyib. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında" sərəncamı elan edilib.
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Şöhrət" ordenini, "Tərəqqi" medalını və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu, habelə pul mükafatlarını təqdim edib, onlara bir daha uğurlar arzulayıb. Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirib.

Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40