İt sahiblərinin nəzərinə -  Dişlərini fırçalamalısınız
12 noyabr 2024 15:26 (UTC +04:00)

İt sahiblərinin nəzərinə - Dişlərini fırçalamalısınız

Dişlərin fırçalanması itinizin ağız qoxusu problemini aradan qaldıra bilər. 

Lent.az xəbər verir ki, bu prosedur diş daşı və diş əti xəstəliklərinin qarşısının alınması üçün əla seçimdir.

Niyə itinizin dişlərini fırçalamalısınız?

Ev heyvanları bərk yemək yemədikləri üçün bir az fərqli qayğıya ehtiyac duyurlar. Yumşaq qidalar səbəbindən ev itlərində zamanla diş daşı yaran bilər.

Bu isə nəticədə ağız qoxusuna səbəb olur, diş əti xəstəliklərinə və hətta diş itkisinə gətirib çıxarır.

İtin dişlərini necə fırçalamaq olar? 

Barmağınıza bir sarğı sarın və su ilə nəmləndirin və ya daha yaxşısı, itlər üçün xüsusi diş pastası ala bilərsiniz. Qeyd edək ki, insanlar üçün olan diş pastası uyğun deyil. 

Dairəvi hərəkətlə yavaş-yavaş təmizləyin. Hər dişi hər tərəfdən sürtməyə başlayın. Bu 3-4 həftədə bir dəfə edilməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Sevinc Fərid

Oxşar yazılar