Zibilliyə döl atan qadından ŞOK ETİRAF  - YENİLƏNİB
04 noyabr 2021 17:26 (UTC +04:00)

Zibilliyə döl atan qadından ŞOK ETİRAF - YENİLƏNİB

Ağsuda zibil qutusuna döl atan qadın saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regiona qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib. Onun sözlərinə görə, daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl oradan götürülərək ekspertizaya göndərilib:

"Keçirilən tədbirlərlə həmin qadın müəyyən edilib və o, Ağsu rayon Polis Şöbəsinə dəvət olunub. Qadın bildirib ki, döl 3 aylıq olub. O, izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını bildirib. 

Faktla bağlı Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib".

***

Saat: 12:33

Ağsuda zibil qutusundan döl tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Polis Şöbəsinə məlumat daxil olub. Həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib.

Hələlik dölün kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5427
avatar

Mehman Nəbiyev

Oxşar yazılar