Zaqatalada 44 yaşlı qadını avtomobil vurub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.
Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.