Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı
01 avqust 2024 11:45 (UTC +04:00)

Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

Yevlaxda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçılırması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.  

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar