Gürcüstanda azərbaycanlı qız qaçırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Laqodexi rayonunun Qabal kəndində baş verib. Naməlum şəxslər evlənmək məqsədilə 23 yaşlı G. Həsənovanı qaçırıblar. Axtarışlar nəticəsində dördüncü kurs tələbəsi G.Həsənova hüquq-mühafizə orqanları tərəfindən kəndlərdən birində tapılıb. O, artıq polis bölməsində dindirilib və təhdid edildiyini açıq-açıq ifadə edib.
Qızın ailəsinin məlumatına görə, qaçıran 24 yaşlı bir oğlandır və o, Qabal kəndində yaşayır. Qaçırmanın məqsədi isə qızı zorla evləndirməkdir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə başlanıb. Hazırda qızı qaçıran 4 nəfərin tapılması istiqamətində axtarışlar davam etdirilir.
G. Həsənovanın qaçırıldığını əks etdirən görüntüləri təqdim edirik: