Ağdaşda "Jiquli" ağaca çırpıldı, 1 ölü, 3 yaralı var
01 avqust 2024 09:40 (UTC +04:00)

Ağdaşda "Jiquli" ağaca çırpıldı, 1 ölü, 3 yaralı var

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində baş verib. Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 21 yaşlı Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar