Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO
01 avqust 2024 11:10 (UTC +04:00)

Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO

Oğuz rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər.

Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar