HƏMAS-ın “İzzəddin Briqadası”nın lideri Məhəmməd Deyf öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatı İsrail ordusu açıqlayıb.
Məlumata görə, Deyf iyulun 13-də Qəzza zolağına edilən raket hücumları nəticəsində öldürülüb.
İsrail ordusu Məhəmməd Deyfin öldürüldüyü hücumun videosunu yayıb.
Qeyd olunur ki, hava hücumu iyulun 13-də baş versə də, hərbçilər yalnız bu gün Fələstin hərəkatının iyerarxiyasında iki nömrəli şəxsin ölümünü təsdiqləyə bilib.