Smartfonu təhlükəli proqramların  yoluxmasından necə qorumaq olar?
01 avqust 2024 12:37 (UTC +04:00)

Smartfonu təhlükəli proqramların yoluxmasından necə qorumaq olar?

Şübhəli proqramları yükləməkdən çəkinmək, smartfonunuzun zərərli viruslara yoluxmasının qarşısını almağa kömək edəcək. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu cür tətbiqlərə cihaz məlumatlarına giriş verməməyi məsləhət görür.

Üstəlik, bu cür proqram təminatına istənilən yerdən keçid ala bilərsiniz. Buna görə də, siz nə yüklədiyinizə 100% əmin olmalısınız.

Yoluxmuş proqram təminatı işə salındıqdan sonra məlumatların bərpası demək olar ki, mümkün olmayacaq. Tətbiqi təmizlədikdən və sildikdən sonra smartfon işləmirsə, mütəxəssis və ya istehsalçının xidmət mərkəzi ilə əlaqə saxlamağı tövsiyə edir.

Zərərli proqramların qarşısını almaq üçün smartfonunuzda antivirus proqramı da olmalı və onu mütəmadi olaraq yeniləməlisiniz.

Əgər smartfonunuz işə salmaq, proqramları açmaq və s. kimi hərəkətləri öz-özünə yerinə yetirirsə, bu, cihazınızda gizli proqram təminatının quraşdırıldığını və cihazın xarici müdaxilənin təsiri altında olduğunu göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Arzu Qurbanlı

Oxşar yazılar