Sabiq prezident 20 il müddətinə azadlıqdan məhrum edildi
01 avqust 2024 01:10 (UTC +04:00)

Sabiq prezident 20 il müddətinə azadlıqdan məhrum edildi

Qvineyanın sabiq prezidenti Mussa Dadis Kamara təxminən 15 il əvvəl, 2009-cu il sentyabrın 28-də paytaxt Konakridəki stadionda 150-dən çox insanın qətlə yetirilməsi zamanı törətdiyi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, Qvineyanın “Ginee Matin” xəbər portalı iyulun 31-də məhkəmə prosesini yayımlayıb.

Qeyd olunur ki, prokurorluq Qvineyanın eks-liderinə ömürlük həbs cəzası istəyib. 60 yaşlı Kamara ilə birlikdə əvvəllər ölkənin keçmiş prezidentinin və o zamankı hökumətinin yaxın çevrəsində olan daha 11 nəfər də hakim qarşısına çıxarılıb.

Məhkəmə onlardan yeddisini təqsirli bilərək onları 10 ildən 18 ilədək azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Oxşar yazılar