Bakıda qəzada yaralanan şəxs rayonda ölüb.
Lent.az xəbər verir ki, yol qəzası iyulun 29-u Sabunçu rayonunda yerləşən "Meqastore" marketin qarşısında baş verib. E. Ramazanov "Mercedes Sprinter" markalı geriyə doğru idarə edərkən piyada 57 yaşlı Tərtər rayon sakini İsmayılov Ramiz Qaratağ oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən iyulun 31-də yaşadığı Tərtər rayonu Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.