Yevlaxda  gənc oğlan   yoxa çıxdı
06 iyul 2022 10:14 (UTC +04:00)

Yevlaxda gənc oğlan yoxa çıxdı

Yevlaxda gənc oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, şəhər sakini 23 yaşlı Salmanov Yusif Asif oğlu iyulun 4-ü səhər saat 7 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Onun ruhi-əsəb xəstəsi olduğu deyilir.

Bu barədə onun anası rayon Polis Şöbəsinə müraciətində bildirib.

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

# 1476
avatar

Mehman Nəbiyev

Oxşar yazılar