Yeniyetmə yeni doğulan bacısını  PƏNCƏRƏDƏN ATDI
11 iyul 2021 20:40 (UTC +04:00)

Yeniyetmə yeni doğulan bacısını PƏNCƏRƏDƏN ATDI

Moskvada yaşayış binalarından birinin  pəncərələrinin altında yeni doğulmuş uşağın cəsədi tapılıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 13 yaşlı autizmdən əziyyət çəkən yeniyetmə bacısını yeddinci mərtəbənin pəncərəsindən atıb.

Səkkiz gün əvvəl dünyaya gələn qız ölüb. Hadisə zamanı valideynlərin harada olduğu bilinmir. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, ananın bir müddət başı qarışıq olub, körpə isə psixi xəstəlikdən əziyyət çəkən 13 yaşlı qardaşı ilə otaqda tək qalıb. 

İstintaq valideynləri dindirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Oxşar yazılar