Dekabrın 31-i gecə saat 5 radələrində 33 yaşlı Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.
Pirallahı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb. Şahidlər dindirilərək, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun dekabrın 30-dan 31-ə keçən gecə saat 2 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Yeni il günü Bakı sakini GÜLLƏLƏNDİ
Oxşar yazılar

Spirtli dondurma satan azərbaycanlı biznesmenə AĞIR CƏZA
20 may 2025 , 10:14
Gəncədə avtobus sürücüsü əyləci necə sıxdısa, qadın xəstəxanalıq oldu
20 may 2025 , 10:01
Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı
20 may 2025 , 09:23
Naftalanda yaşayış binasında YANĞIN: zəhərlənənlər var
20 may 2025 , 08:57
Bakının bu rayonlarında qaz olmayacaq
20 may 2025 , 08:51
Bakıda iki marşrut avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO
20 may 2025 , 00:31
David İşxanyanın işğalda olmuş ərazilərdəki fəaliyyətinə dair SÜBUTLAR
19 may 2025 , 20:27