Xoşqədəmə itkin düşən Rasimin   müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ
20 sentyabr 2024 19:33 (UTC +04:00)

Xoşqədəmə itkin düşən Rasimin müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ

İmişlidə itkin düşən 11 yaşlı Rasimin axtarışı və barəsində müzakirə aparılması, habelə foto şəkillərinin efirdən təqdim olunması rəsmi qaydada "Arb Media Qrupa" və həmin media subyektində "Səni Axtarıram" verlişinin aparıcısı kimi fəaliyyət göstərən Xoşqədəm Hidayətqızına qadağan olunub. 

Bu barədə Lent.az-a hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun sözlərinə görə, bu barədə məhkəmə qərar verib: 

"Bu gün müraciətimiz əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi xanım Ülkər Xəlil bu barədə qərar qəbul edib. 

Qeyd edim ki, bu ilin yanvar-aprel aylarında Rasimlə bağlı "Səni Axtarıram" verlişində gedən müzakirələr saxta ssenarinin tərkib hissəsi olduğundan nəticədə Rasimin aqibətinin müəyyən edilməsinə ciddi mənfi təsir göstərmişdir. 

Hazırda 11 yaşlı Rasimin axtarışı və aqibətinin müəyyən edilməsi ilə bağlı araşdırmanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsi həyata keçirir". 

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Sonradan cinayət işi İmişli rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar