Xocavəndə qanunsuz gedənlər
01 dekabr 2021 11:37 (UTC +04:00)

Xocavəndə qanunsuz gedənlər

Xocavənddə metal yığanlar tutuldu

Xocavəndə qanunsuz gedənlərlə bağlı araşdımra başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib. 

Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar