Xəzərdə birgə ƏMƏLİYYAT:  Qaçaqmalçılar ələ keçdi
21 sentyabr 2021 16:54 (UTC +04:00)

Xəzərdə birgə ƏMƏLİYYAT: Qaçaqmalçılar ələ keçdi

Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülərək, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 43 yaşlı Quliyev Süleyman Qəhrəman oğlu və 34 yaşlı Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.       

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”,  “Platinum”, “King”, “Want”) aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

2 iyul 2024 , 08:04
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

1 iyul 2024 , 18:31
Azərbaycanda HOTELDƏ ÖLÜM

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 iyul 2024 , 17:54
DTX-nın  həbs etdiyi məmur azadlığa buraxıldı

DTX-nın həbs etdiyi məmur azadlığa buraxıldı

1 iyul 2024 , 17:38