Xəzərdə batan gəncin meyiti tapıldı
28 avqust 2021 14:51 (UTC +04:00)

Xəzərdə batan gəncin meyiti tapıldı

Lənkəranda dənizdə batan şəxsin meyiti tapılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, avqustun 27-də dənizdə batan, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar