Zakir Qaralov Ağsuda vətəndaşları qəbul edəcək
26 iyul 2013 15:26 (UTC +04:00)

Zakir Qaralov Ağsuda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək. Baş Prokurorluğunun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata  görə, qəbul avqustun 16-da saat 11:00-da Ağsu rayon Prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağsu şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar