Yasamalda yol qəzası
10 iyun 2014 05:01 (UTC +04:00)

Yasamalda yol qəzası

0
Yasamal rayonunda qəza baş verib.

 

APA-nın məlumatına görə, qəzada "Howo" markalı yük maşını ilə "Mitsibushi Pajero" toqquşub.

 

Hadisə Yasamal rayonu Akim Abbasov küçəsində qeydə alınıb. "Mitsibushi Pajero"nu sərxoş halda idarə edən sürücü maşınını qarşısında hərəkətdə olan "Howo"ya  çırpıb.

 

Zərbənin təsirindən "Mitsibushi Pajero" yararsız hala düşüb. Baş verən qəzada xəsarət alan olmasa da sərxoş sürücü hadisə yerindən qaçıb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1050

Oxşar yazılar