Yanmış evdə meyit aşkarlanıb
07 sentyabr 2013 03:44 (UTC +04:00)

Yanmış evdə meyit aşkarlanıb

 Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2010-cu il təvəllüdlü Abdullayev Orxan Novruz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar