Yanacaqdoldurma məntəqəsinə  basqın edənlərin adları açıqlandı
25 iyun 2014 13:40 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsinə  basqın edənlərin adları açıqlandı

0

Daxili İşlər Nazirliyi Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə üzvlərinin adlarını açıqlayıb.


 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərsizləşdirilən dəstə üzvləri Bakı şəhər sakinləri - 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, 22 yaşlı Ağsu sakini Mirəli Gəraylı və 25 yaşlı Bərdə sakini Sadiq Abbasovdur.

 

Məlumatda qeyd olunur ki, mütəşəkkil dəstənin başçıları Əli Həsənli və Şamxal Məmmədovdur. Onlar əvvəlcədən əlbir olaraq xüsusi maskalar əldə ediblər. Daha sonra isə Suraxanı rayonunda yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın planını qurublar. Dəstə üzvləri basqın zamanı “Tofaş” markalı avtomobildən istifadə ediblər. 

 

Yanacaqdoldurma məntəqəsini qarət etdikdən sonra dəstə başçısı Ə.Həsənli Suraxanı rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Bayramovanın evinə basqın edib. O, ev sahibəsini hədələyərək, mənzildən 220 manat pul və qızıl-zinət əşyalarını da götürərək hadisə yerindən qaçıb.

 

Hazırda tutulan dəstə üzvlərinin digər cinayətlərinin olub-olmadığı araşdırılır.

 

Daxili İşlər Nazirliyi həbs olunan dəstə üzvlərinin fotolarını da APA-ya təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3142

Oxşar yazılar