Hüquq-mühafizə orqanları 7 saylı internat məktəbində - <span style="color:red;">EKSKLÜZİV
22 may 2014 11:53 (UTC +04:00)

Hüquq-mühafizə orqanları 7 saylı internat məktəbində - EKSKLÜZİV

Lent.az-ın məlumatına görə, bu barədə məktəbdə çalışan şəxslərdən biri məlumat verib. Bildirilir ki, bu gün sübh tezdən Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi qrup məktəbdə araşdırmalara başlayıb. Bu səbəbdən də internata kənardan və digər qurumlardan kimsə buraxılmır.

 

 

Müxbirimizlə söhbətində Təhsil Nazirliyinin "De-institutlaşma uşaq müdafiəsi" idarəsinin rəisi Məlahət Hacıyeva bildirib ki, nazir Mikayıl Cabbarovun əmri ilə təşkil edilən komissiya da məktəbdə araşdırmaları davam etdirir. Dərslər davam etdirilir.

 

 

İnternat məktəbdə 7 yaşlı Nahidin vəhşicəsinə döyülməsi və bu məlumatların KİV-də yayımlanması aşağıdakı xronologiya ilə baş tutub.

 

 

Xronoloji arayış:

16 may - İddia olunana görə hadisənin baş verməsi.

19 may – Özünü jurnalist olduğunu iddia edən şəxslərin internat məktəbinə gəlməsi.

20 may (saat 12:33) - İnformasiyanın Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə olunmaqla bizimyol.info saytında yayılması.

20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və ilkin nəticələrin açıqlanması.

21 may - Təhsil Nazirliyi tərəfindən press-relizin yayılması.

21 may (saat 19:06) - İnternat məktəbi şagirdinin videosunun bizimyol.info saytında yayılması.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4367

Oxşar yazılar