
Oyuncaq tapança ilə QULDURLUQ
DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, müraciətlə əlaqədar dərhal Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

“Taxta bazarı”nda yanğın baş verdi-FOTO-VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42